Burada kövrək hisslər və saf duyğularla zəngin olan gənc bir qadın-Mədinənin (Həmidə Ömərova) taleyindən söhbət açılır. Kəndlərinə gümüşü sirk furqonunda gələn mehriban oğlan (Məmməd Məmmədov) uğursuz taleli gənc qadına saf məhəbbət duyğusu bəxş edir.