Müşfiq Hətəmov

Müşfiq Hətəmov

1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur. 2025-ci ilin yanvarında Azərbaycan Prodüserlər Gildiyasının sədri seçilib.

Filmlər

18+★ 9.0
Olimpia2021 · 18+
12+★ 10.0
Eviniz abad2018 · 12+
18+★ 8.3
Yoxdu belə söhbət2018 · 18+
12+★ 9.1
Nar bağı2017 · 12+
12+★ 10.0
Üçüncü günün adamı2017 · 12+
12+★ 10.0
Həddən artıq uyğunluq2016 · 12+
16+
40-ci paraleldə2016 · 16+
12+★ 8.9
Qırmızı bağ2016 · 12+
12+★ 6.7
İçəri şəhər2016 · 12+
6+★ 9.0
Dərs2015 · 6+
12+★ 10.0
Yarımçıq xatirələr2015 · 12+
18+★ 10.0
Axınla Aşağı2014 · 18+
12+
Dərvişin qeydləri2013 · 12+
16+★ 10.0
Mahmud və Məryəm2013 · 16+
12+★ 8.0
Çölçü2012 · 12+
12+★ 10.0
Dolu2012 · 12+