Rasim Balayev

Rasim Balayev

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdir

Filmlər

16+★ 7.3
Əlvida, Şmidt!2019 · 16+
12+★ 5.0
Sübhün səfiri2012 · 12+
16+
Ağ-Qara Gecələr2009 · 16+
12+★ 10.0
Cavid ömrü2007 · 12+
12+★ 9.0
Küçələrə su səpmişəm2004 · 12+
18+
Otel otağı1998 · 18+
12+★ 10.0
Həm ziyarət, həm ticarət1995 · 12+
16+
Qara Volqa1994 · 16+
12+
Girişmə, öldürər!1991 · 12+
18+
Yarasa1991 · 18+
12+
Qanlı zəmi1985 · 12+
12+
Babək1979 · 12+
16+
İstintaq1979 · 16+
12+
Arxadan vurulan zərbə1977 · 12+
12+
Dədə Qorqud1976 · 12+
12+
Firəngiz1975 · 12+
12+
Qatır Məmməd1974 · 12+
12+
Nəsimi1973 · 12+
★ 10.0
Mozalan1971