
Tezliklə
Premyera: 1 Sentyabr 2018
Dünyada mövcud olan klassik və mifoloji obrazlar filmdə müasir zamana uyğunlaşdırılmışdır. Dekorçu (o, həm də “Şeytan”dır) öz dekorasiyasının tikintisi ilə məşğuldur. Onun dekorasiyasından kiçik bir əşya düşür. Bu zaman yoldan keçən küçə musiqiçisi (o, həm də “Seçilmiş”, günahsız Peyğəmbərdir) ayağı ilə ona toxunur və əşya irəli sürüşərək yolun ortasına düşür. Yolun ortasına düşən kiçik əşya müzakirə obyektinə çevrilir. Və ətrafına insanları toplayır. İnsanlar öz baxış bucaqlarından çıxış edərək mövqelərini göstərir və öz seçimləri uğrunda mübarizə aparırlar. Bu, testdəki bir suala bənzəyir. Qarşımızdakı əşya 6-dır, yoxsa 9? Düşünürəm ki, həqiqət cavab variantları (a, b, c) arasında ümumiyyətlə mövcud olmaya bilər. Deməli, biz qeyri-ənənəvi düşünməyi bacarmalıyıq. Suala cavabın nə olacağı vacib deyil. Vacib olan odur ki, biz öz cavabımızı necə və hansı üsullarla müdafiə edəcəyik. Heç bir halda insani keyfiyyətləri unutmamalıyıq. Həqiqi cavabı yalnız sualı hazırlayan şəxs bilə bilər. Biz isə testin yanlış cavabları arasında mübahisə edir və mübarizə aparırıq, nəticədə isə sual müəllifinin manipulyasiya tələsinə düşürük. Bu sxemdən istifadə edərək bir çox siyasətçilər və plutokratlar öz dekorasiyalarını qurmaq üçün cəmiyyətə bu cür mübahisəli və təxribatçı predmetlər atırlar. Bütün bunları öz eqolarını təmin etmək üçün edirlər. Amma bütün həqiqət, filmimizdə olduğu kimi, yalnız finalda (“Apokalipsis”) aydın olacaq.