Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.
Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur.