Oleq Səfərəliyev

Oleq Səfərəliyev

Oleq Səfərəliyev 13 oktyabr 1952-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini – Sergey Solovyovun emalatxanasını bitirib. 1987-ci ildə “Murad-Sad” adlı diplom işini çəkib və elə o vaxtdan “Mosfilm”ə dəvət olunub. 1991-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “Ailə çərçivəsi” pyesini səhnələşdirib. 1993-2003-ci illərdə Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib. 1995-2005-ci illərdə “Avrasiya-Film” kino şikrətinin baş prodüseri olub. “Canlı yayım” (1989, rejissor), “Kilsə”(sənədli film, 2003), “Müdriklərlə söhbətlər”(sənədli film, 2004), “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, serial, rejissor), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Qorxu mağarası” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, serial, rejissor ), “Qadınlar və digər bəlalar” (2014, serial, rejissor) filmlərini çəkib. 2014-cü ildə Şəki televiziyası üçün “Yeni il səfəri” adlı musiqili televiziya filmini çəkib.

Фильмы