
Yay günlərinin xəzan yarpaqları
Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.[1] Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.[1] Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.
Yorumlar
Henüz yorum yok. İlk yorumu sen yaz.
Benzer
12+Anın Yapısı1980 · 2s 9 dkDram · Komedi · Nostaljik
6+Anlamak İstiyorum1980 · 2s 13 dkDram · Ailece
6+Bekle Beni1980 · 1s 22 dkDram · Macera · Nostaljik
12+Onun Dertli Aşkı1980 · 1s 12 dkDram · Komedi · Nostaljik
12+Altın Uçurum1981 · 1s 16 dkDram · Ailece
12+İş Seyahati1982 · 1s 23 dkDram · Ailece
12+Gümüşi Furgon1982 · 1s 5 dkDram · Nostaljik
12+İhtiyarlar, İhtiyarlar1982 · 1s 5 dkDram · Ailece
12+Ağustos Gelince1984 · 1s 3 dkDram · Ailece
12+Gümüşgöl Efsanesi1984 · 1s 32 dkDram · Komedi · Ailece
12+Eski Feribot1984 · 1s 19 dkDram · Nostaljik
12+Yaşlı Meşenin Masalı1984 · 1s 3 dkDram · Nostaljik

