Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.
Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir...