
Tofiq İsmayılov
Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958–1962), sonra rejissorluq fakültəsində (1962–1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960–1961), rejissor (1962–1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967–1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968–1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969–1988). Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur. 1971-ci ildən M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988–1994). 1994–2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992–2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.

