
Yay günlərinin xəzan yarpaqları
Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.[1] Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.[1] Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.
Rəylər
Hələ rəy yoxdur. İlk rəyi sən yaz.
Oxşar
12+Anın quruluşu1980 · 2s 9 dəqDram · Komediya · Nostalji
6+Anlamaq istəyirəm1980 · 2s 13 dəqDram · Ailəvi
6+Gözlə məni1980 · 1s 22 dəqDram · Macəra · Nostalji
12+Onun bəlalı sevgisi1980 · 1s 12 dəqDram · Komediya · Nostalji
12+Qızıl uçurum1981 · 1s 16 dəqDram · Ailəvi
12+İşgüzar səfər1982 · 1s 23 dəqDram · Ailəvi
12+Gümüşü furqon1982 · 1s 5 dəqDram · Nostalji
12+Qocalar, qocalar1982 · 1s 5 dəqDram · Ailəvi
12+Avqust gələndə1984 · 1s 3 dəqDram · Ailəvi
12+Gümüşgöl əfsanəsi1984 · 1s 32 dəqDram · Komediya · Ailəvi
12+Köhnə bərə1984 · 1s 19 dəqDram · Nostalji
12+Qoca palıdın nağılı1984 · 1s 3 dəqDram · Nostalji

